“Brest” klubu ardıcıl iki qələbə ilə futbolçularının yarımillik maaşını təmin etdi

Çempionlar Liqasındakı uğurlu startı “Brest”ə böyük qazanc gətirib.

Oxu.Az xəbər verir ki, Fransa klubu illik büdcəsinin 8.75 faizini əldə edib.

Liqa1 təmsilçisinin büdcəsi cəmi 48 milyon avrodur. “Brest” ilk iki turda qələbə qazanmaqla 4.2 milyon avroya sahib çıxıb.

Bu, həm də klubun bütün futbolçularının yarımillik maaş fonduna bərabərdir. “Brest”in oyunçularının aylıq maaşlarının cəmi 700 min avro təşkil edir.

Qeyd edək ki, “Brest” “Şturm”a 2:1, “Zalsburq”a 4:0 hesabı ilə qalib gəlib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More