Danimarkada İsrail səfirliyinin yaxınlığında partlayışlar baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verib.
“Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb”, – deyə xəbərdə bildirilib.
O da vurğulanıb ki, Danimarka polisi partlayışlarla bağlı araşdırmaya başlayıb.