İran İsrailə raket zərbəsindən sonra ABŞ-nin müdaxilə etməməsi üçün İsveçrə vasitəsilə Vaşinqtona xəbərdarlıq göndərib.
Oxu.Az bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.
“İsveçrəyə ABŞ-yə çatdırılması xahişi ilə xəbərdarlıq göndərildi ki, bu bizim qanuni özünümüdafiə hüququmuzdur və biz davam etmək niyyətində deyilik. Həmçinin ABŞ-yə xəbərdarlıq edildi ki, kənarda dursun və müdaxilə etməsin”, – deyə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.