29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? – Qurumdan AÇIQLAMA

Tutacaqları qırılıb, ayaq qoyulan hissəsi kəndirlə bağlanıb, naqilləri də açıq vəziyyətdə.

Əlilliyi olan 29 yaşlı Cavidan Gülüşlü ömrünü məhz bu təkərli araba ilə birlikdə keçirir. Cavidanın illərdir birlikdə gəzdiyi təkərli yol yoldaşı nasaz vəziyyətə düşüb.

Onun sözlərinə görə, arabasının bu vəziyyətdə olması onun işlərini çətinləşdirib. Evdən çıxa bilməyən gəncin rahat hərəkət etməsi artıq müşkülə çevrilib. O, başına gələnlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinə müraciət edib. Oradan isə ona arabanı yeniliyə bilməyəcəklərini deyiblər. Buna səbəb kimi isə yenilənmənin 5 ildən bir olduğu qeyd edilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bildirib ki, vətəndaşın probleminin həll olunmamasına səbəb onun rəsmi şəkildə quruma müraciət etməməsidir.

Qeyd edilib ki, Cavidan Gülüşlü yaxın günlərdə yeni təkərli oturacaqla təmin olunacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? – Qurumdan AÇIQLAMA


29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? – Qurumdan AÇIQLAMA




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More