“Birinci hissədən sonra qapıçını dəyişmək məcburiyyətində qaldıq”.
Oxu.Az xəbər verir ki, bu sözləri İsveçin “Malmö” komandasının baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Ümumilikdə komandamın oyunundan razıyam. “Qarabağ”la görüşün çətin olacağını bilirdim və belə də oldu. Bu dəfə həqiqətən yaxşı müdafiə olunduq. Topla soyuqqanlı hərəkət etdik. “Qarabağ” bizi çox sıxışdırdı. Amma nəticədə istənilən hesabı əldə edə bildik. Birinci hissədən sonra zədə üzündən qapıçını dəyişmək məcburiyyətində qalsaq da, buradan istədiyimiz nəticə ilə ayrılırıq”.
Anar Həsənov