Pezeşkian HƏMAS liderləri ilə görüşüb

Qətərdə səfərdə olan İran Prezidenti Məsud Pezeşkian HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verib.

İran prezidenti ilə görüşdə HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl və hərəkatın məşvərət şurasının rəhbəri İsmayıl Dərviş iştirak ediblər.

Görüş zamanı Məsud Pezeşkian bildirib ki, Qərb ölkələri İrana yalan vədlər verir və Qəzzada atəşkəs razılaşması əldə etmək üçün İranın təmkinli davranmasını istəyirlər.

İran prezidenti vurğulayıb ki, İsrailin Qəzza və Livandakı hərəkətləri İran silahlı qüvvələrinin qətiyyətli reaksiyasına səbəb olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More