UEFA Çempionlar Liqasında liqa mərhələsinin ikinci turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, oyun günü bir sıra gözlənilməz nəticələrlə yadda qalıb.
“Real Madrid” Fransada “Lill”in qonağı olub. Kral klubu meydandan minimal hesablı məğlubiyyətlə ayrılıb – 1:0.
“Real” və “Bavariya” məğlub oldu, “Liverpul” üç xal qazandı
Eyni hesabla “Bavariya” səfərdə “Aston Villa”ya uduzub. Alman maşını bu dəfə ingilislərin qarşısında aciz qalıb – 1:0.
“Real” və “Bavariya” məğlub oldu, “Liverpul” üç xal qazandı
“Benfika” ev matçında “Atletiko Madrid”in qapısından dörd cavabsız top keçirib – 4:0.
“Liverpul” doğma meydanda “Bolonya”nı sınağa çəkib. Mersisaydlılar inamlı qələbə qazanıblar – 2:0.
“Real” və “Bavariya” məğlub oldu, “Liverpul” üç xal qazandı
“Jirona” və “Feyenoord” arasındakı qol duelində ikincilər üstün olublar – 2:3.
Həmçinin, “Dinamo Zaqreb” – “Monako” görüşü 2:2, “Ştrum Qraz” – “Klub Brügge” qarşılaşması isə 0:1 hesabı ilə yekunlaşıb.