Salyanda ağır qəza: Bir ailənin 6 üzvü xəsarət aldı

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 6 üzvü xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il təvəllüdlü Bənövşə Yaşar qızı Qurbanova, 1970-ci il təvəllüdlü Nəzakət İdris qızı Eynullayeva, 1997-ci il təvəllüdlü Gülxanım Ayaz qızı Qurbanova, 2021-ci il təvəllüdlü Gülsüm Ələkbər qızı Qurbanova, 2018-ci il təvəllüdlü Ələmdar Ələkbər oğlu Qurbanov və 1995-ci il təvəllüdlü Ələkbər Rəfail oğlu Qurbanov xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More