Ukraynada iki azərbaycanəsilli şəxs həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanəsilli şəxs həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Surət Baba oğlu Novruzov endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov

Fotoda Cəfər Mustafayev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More