Bu gün Azərbaycan Premyer Liqasının IX turunda “Kəpəz” Tovuz şəhər stadionunda “Neftçi”ni qəbul edəcək.
Oxu.Az xəbər verir ki, birinci dövrənin son turunda iki köklü klub mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaq. Bakı klubu geridə qalan səkkiz turda qələbəyə həsrətdirsə, qərblilər indiyədək heç bir xal da qazana bilməyiblər.
Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.
4 oktyabr
Azərbaycan Premyer Liqası
IX tur
“Kəpəz” – “Neftçi”
Saat 17:00, Tovuz şəhər stadionu
Baş hakim: Rəşad Əhmədov