Camal Musiala uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala zədələnib.

Oxu.Az Marca.com-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin omba nahiyəsində problemlər var.

Musiala bu səbəbdən Bundesliqada “Frankfurt”la oyunu, həmçinin Almaniya millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderlanda qarşı keçirəcəyi görüşləri buraxacaq.

Qeyd edək ki, Camal Musiala minimum dörd həftə komandasına kömək edə bilməyəcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More