Tanınmış jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışını təqdim edib.
Yeni podkastın qonaqları nevropatoloq Hüseyn Sultanov və estetik tibb həkimi Sevinc Abdullayeva olub.
Çəkilişdə həmçinin həkim-hepatoloq, Zaur Orucov da iştirak edib.
Söhbət iştirakçıları kök hüceyrələrin insan orqanizmində yerinə yetirdiyi funksiyalar, həmçinin ekzosomlar barədə məlumat veriblər.
Qonaqlar, insanlar arasında kök hüceyrələrlə əlaqəli miflər və qorxulardan, həmçinin tibbin bu sahəsinin inkişaf perspektivlərindən danışıblar.
“Danışaq?” verilişinin budəfəki qonağı nevropatoloq və estetik tibb həkimi olub