Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Vilvan kəndində baş verib.
Belə ki, fərdi evində təmir işləri görən Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və rayonun Sütəmurdov kənd sakini, 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov hündürlükdə işləyərkən ehtiyatsızlıq səbəbindən yerə yıxılıblar.
Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, R. Zülfüqarovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı İ. Səfərova isə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.