Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, altımərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektrik şkafında 20 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən biri uşaq olmaqla iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.