Salyanda QƏZA: Xəsarət alanlar var

Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

AZƏRTAC-ın məlumatına görə, hadisə saat 17:00 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.

Minik avtomobili yolda olan iribuynuzlu heyvana görə idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alanlar – Sevinc Babayeva, Kənan Babayev, Vüsalə Babayeva, Allahşükür Babayev və Sevgül Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More