UEFA Avropa Liqası: İkinci turdan sonra turnir cədvəlində vəziyyət

Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turuna yekun vurulub.

Oxu.Az xəbər verir ki, iki turdan sonra aktivində hərəyə altı xal olan “Latsio”, “Lion”, “Tottenhem”, FCSB, “Anderlext” və “Ayaks” 1-6-cı yerləri bölüşürlər. “Frankfurt”, “Qalatasaray”, “Midtyulland”, “Slavia Praqa”, “Atletik Bilbao”, “Hoffenhaym”, “Fənərbağça” və “Bodo Qlimt” hərəyə dörd xalla 7-14-cü pillələrdə qərarlaşıblar.

Üç xala malik “Olimpiakos”, “Elfsborq”, “Reyncers”, “AZ Alkmar”, “Malmö” və “Braqa” isə 15-20-ci sıradadırlar. Aktivində iki xalı olan “Mançester Yunayted”, “Viktoria Plzen” və “Tvente” isə 21-23-cü yerləri bölüşürlər.

“Porto”, “Real Soseydad”, “Yuinon”, “Roma”, “Ludoqorets”, RDŞ, “Nitsa” 24-30-cu yerlərdə bir xalla qərarlaşıblar. 31-36-cı yerləri bölüşən “Ferentsvaroş”, “Makkabi Təl Əviv”, PAOK, “Qarabağ”, “Dinamo Kiyev” və “Beşiktaş” isə hələ xal hesablarını aça bilməyiblər.

Qeyd edək ki, UEFA Avropa Liqasının III turuna oktyabrın 23-də start veriləcək. Tura oktyabrın 24-də yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More