ABŞ-nin Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-si HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə əlaqədar ölkədə hücumların baş vermək ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, hər iki qurumun xəbərdarlığı vətəndaşların diqqətini potensial təhlükələrə yönəltməyə hesablanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.