Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər

Metronun “Neftçilər” stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.

Sözügedən ərazidə, xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün bir neçə dəfə qəza şəraiti yaranıb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.

Ətraflı “Xəzər xəbər”in süjetində:

Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər


Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More