İsrail “Hizbullah” üçün “sürprizlər”dən xəbər verdi

“Livanın “Hizbullah” hərəkatı çox ciddi zərbələr alır, İsrailin isə həyata keçirəcəyi “sürprizlər” hələ də qalır”.

Oxu.Az-ın “Ynet” portalına istinadən verdiyi məlumata görə, bunu İsrail müdafiə naziri Yoav Qalant bildirib.

Nazir bu “sürprizlərin” bəzilərinin artıq həyata keçirildiyini, digərlərinin isə hələ reallaşdırılacağını vurğulayıb.

O qeyd edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) Livanın sərhədinə yaxın bir sıra kəndlərdə fəaliyyət göstərir.

Portalın məlumatına görə, İsrail ordusu “Hizbullah”ın hücumlarını planlaşdırdığı hərbi obyektlərini tam məhv edənə qədər əməliyyatı dayandırmayacağını bəyan edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More