İsrail İrana cavab zərbəsi endirməyə hazırlaşır

“İsrail oktyabrın 1-də İranın ona qarşı başlatdığı kütləvi raket hücumuna uyğun gördüyü vaxtda cavab verəcək”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü Daniel Haqari deyib.

“İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olacaq”, – o bildirib.

Britaniyanın “The Guardian” nəşri isə İsrailin oktyabrın 7-nə keçən gecə İrana cavab zərbəsi endirməyə hazırlaşdığını yazıb.

Nəşrin məlumatına görə, bu, 2023-cü ildə İsraildə onlarla insanın ölümünə səbəb olan HƏMAS hücumunun ildönümündə baş verəcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More