HƏMAS hərəkatının liderlərindən biri İsrail ordusunun endirdiyi aviazərbə nəticəsində öldürülüb.
Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, öldürülən şəxs HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasının komandiri Zahi Yaser Aufidir.
Onun Tülkərm əyalətində öldürüldüyü bildirilir. Aviazərbə nəticəsində Zahi Yaser Aufin ailə üzvləri də həyatını itirib.