Peskov Putinin planlarını açıqladı: Doğum gününü necə keçirəcək?

“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də doğum gününü iş yerində keçirəcək.”

Oxu.Az-ın NEWS.ru-ya istinadən xəbərinə görə, bunu Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Peskovun sözlərinə görə, Rusiya prezidentinin həmin gün bir sıra qapalı görüşləri planlaşdırılıb.

“Bayram xarakterli heç bir tədbir olmayacaq. Onun günün birinci yarısında qapalı iş görüşləri nəzərdə tutulub. Axşam isə MDB dövlət başçıları prezidentin qəbulunda olacaqlar”, – Peskov bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olur. Əvvəlki illərdə də Rusiya prezidenti doğum gününü dövlətin daxili və xarici məsələləri ilə məşğul olmaqla keçirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More