Türkiyənin Bolu şəhərində Türkiyə milli komandasının müdafiəçisi Merih Demirala heykəl ucaldılıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, Avropa Çempionatının 1/8 final mərhələsində baş tutan Türkiyə – Avstriya qarşılaşmasında dubl edərək qələbədə böyük pay sahibi olan Merih Demiral “bozqurd” işarəsi göstərmişdi. Bu hadisədən sonra futbolçunun hərəkəti siyasi jest kimi qiymətləndirilmiş və ona ikioyunluq cəza verilmişdi.
Öz növbəsində Bolu Bələdiyyə Başçısı Tanju Özcan söz vermişdi ki, Merih Demirala şəhərdə heykəl ucaldılacaq.