Oktyabrın 12-də “Ramştayn” formatında 25-ci görüş keçiriləcək və həmin tədbirdə Ukrayna bütün tərəfdaşlarına qələbə planını təqdim edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında dərc edilib.
V.Zelenskinin sözlərinə görə, Ukraynanın müharibənin ədalətli sonunu necə yaxınlaşdıracağı ilə bağlı aydın strategiyası var, bu strategiya güc yolu ilə sülhə nail olmaqdan ibarətdir.
“Qələbə planı Ukraynanın lazımi səviyyədə güclənməsini nəzərdə tutur. Bizə dəstək göstərilməsində lider olan ABŞ ilə müzakirələrə başlamışıq, bütün tərəfdaşları bu prosesə cəlb edirik”, – deyə V.Zelenski qeyd edib.
“Ramştayn” platforması 50-dən çox ölkənin birliyidir və ukraynalı əsgərləri dəstəkləmək, Ukraynanı qorumaq üçün təsis edilmiş formatdır.