İsrailə gedən ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrail hərbi rəhbərliyi ilə bir neçə görüş keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, görüşlər “İsrail Müdafiə Qüvvələrinin İranın ballistik raket hücumuna cavab verməyə hazırlığı” fonunda baş tutacaq.
İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib ki, ölkəsi İranın raket hücumuna cavab vermək hüququna malikdir və bunu etmək niyyətindədir.