Aİ xarici ölkələrdə miqrant düşərgələri yaradacaq

Avropa İttifaqından deportasiya edilən miqrantlar üçün təşkilata üzv olmayan ölkələrdə düşərgələr yaradıla bilər.

Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın “The Times” qəzeti avropalı diplomatlara istinadən yazıb.

Nəşrin mənbələrinə görə, düşərgələr Avropa İttifaqı ilə həmsərhəd olan və təşkilata daxil olmaq istəyən ölkələrdə yarana bilər. Onların arasında Albaniya, Moldova və Serbiya da var.

Qeyd edilib ki, Almaniya və Fransa da bu yaxınlarda bu təşəbbüsü müzakirə etməyə hazır olduqlarını bildiriblər. Digər tərəfdən isə Albaniya deportasiya olunanları öz ərazilərində yerləşdirməyə razıdır. Qeyd edək ki, ötən il 484 min miqrant barəsində deportasiya qərarı qəbul edilsə də, onların yalnız 91,5 mini Aİ ərazisini tərk edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More