“Emirates” öz təyyarələrində peycerləri qadağan edib

“Emirates” aviaşirkəti öz təyyarələrində peycerlərin və bir sıra simsiz rabitə vasitələrinin daşınmasını qadağan edib. Qadağa həm baqaj, həm də əl yükü üçün tətbiq edilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcının bildirişində deyilir.

Qeyd edək ki, qadağa sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində çoxlu sayda rabitə qurğuları, əsasən peycerlər və ratsiyaların partlayışları ilə bağlıdır.

Livan hakimiyyətinin məlumatına görə, insident nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Livan “Hizbullah” hərəkatı partlayışların təşkilində İsraili günahlandırıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More