Erkən qocalma sindromundan əziyyət çəkən ən məşhur insan vəfat etdi

Erkən qocalma sindromundan (progeriya) əziyyət çəkən ən “uzunömürlü” insan Semmi Basso 28 yaşında vəfat edib.

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Semmi İtaliyanın Skio şəhərində anadan olub. Ona iki yaşında progeriya diaqnozu qoyulub. O, “National Geographic”in “Sammy’s Journey” (Semminin səyahəti) sənədli filmi sayəsində məşhurlaşıb.

Erkən qocalma sindromu kimi tanınan progeriya insanların sürətlə qocalmasına səbəb olur və bu da onların yaşlarından daha yaşlı görünməsinə səbəb olur. Anadangəlmə bu sindromu olan insanların orta ömrü təxminən 13 ildir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More