Gəncədə üç minik avtomobili toqquşub

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai”, VAZ-2107 və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More