Konqoda minədək insan meymunçiçəyindən ölüb

2024-cü ildə Konqo Demokratik Respublikasında (KDR) 30 000-dən çox meymunçiçəyinə yoluxma faktı aşkar edilib. Virusdan ölənlərin sayı 1000-ə yaxınlaşır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə KDR-in səhiyyə naziri Samuel Rocer Kamba məlumat verib.

Nazir əlavə edib ki, indiki epidemiya iki meymunçiçəyi ştamından qaynaqlanır. Üstəlik, onun fikrincə, bu ştamlardan ən təhlükəlisi cinsi yolla ötürülür.

Kamba bildirib ki, ölkədə meymunçiçəyi əleyhinə peyvəndləməyə başlanılıb. Peyvəndi ilk olaraq böyüklər alacaq. Konqo hökumətinin planlarına görə, beş milyona qədər insan peyvənd olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More