İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Dani Karvaxal çarpaz diz bağından zədə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə futbolçu “Instagram” hesabında məlumat verib.
Karvaxal İspaniya çempionatının IX turunda “Vilyarreal”la oyunun (2:0) 90+3-cü dəqiqəsində zədələnib. O, meydanı göz yaşları içində xərəkdə tərk edib.
“Ciddi çarpaz bağ zədəsi təsdiqləndi. Əməliyyat olmalıyam və bir neçə ayı buraxacağam” , – Karvaxal qeyd edib.
Xatırladaq ki, 32 yaşlı futbolçu 2013-cü ildən “Real Madrid”də çıxış edir. O, bu müddət ərzində klubda 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Karvaxal “Real Madrid”lə altı dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının, dörd dəfə isə İspaniya Superkubokunun qalibi olub. İspaniyalı müdafiəçi, həmçinin iki dəfə ölkə kubokunu və beş dəfə klublararası dünya çempionatını qazanıb.