Ronaldu Messini qabaqladı

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu “GiveMeSport”un versiyasına görə dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub.

Oxu.Az xəbər verir ki, o, tarixin ən məşhur futbolçusu kimi Leo Messini qabaqlayıb. “İnter Mayami”nin argentinalı hücumçusu isə ikinci olub.

İlk beşliyə həmçinin “Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.

Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More