Bərdədə itkin düşən qızı öldürməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

“Report” xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti isə oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More