bp energetika şirkəti 2030-cu ilə qədər neft və qaz istehsalını azaltmaq planlarından imtina edə bilər.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, şirkət bərpa olunan enerji mənbələrinin artımı naminə neft və qaz istehsalını 40% azaltmaq strategiyasından imtina edəcək. Bu qərar səhmdarların enerji keçidindən daha çox qısamüddətli mənfəətə diqqət yetirmək istəyindən irəli gəlir.
Məlumatda qeyd olunur ki, bp ənənəvi yanacaq hasilatını artırmaq üçün Yaxın Şərq və Latın Amerikasında yeni investisiyalar nəzərdən keçirir. Şirkət yenilənmiş strategiyasını 2025-ci ilin fevralında təqdim edəcək.