Çempionlar Liqası oyununa getməyən komanda ağır cəzalandırılıb

Hindistanın “Mohun Baqan” klubu Asiya Çempionlar Liqasının II Divizionundan qovulub.

Oxu.Az “Indianatoday”ə istinadən xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.

Lakin “Mohun Baqan” klubu həmin ərəfədə İranın İsraili bombalamasından sonra Çempionlar Liqasının II turunun “Traktor”la oyunu üçün Təbrizə getməyib.

Məhz bu səbəbdən Asiya Futbol Konfederasiyası “Mohun Baqan” klubunu Asiya Çempionlar Liqasının II Divizionundan qovub.

Qeyd edək ki, “Mohun Baqan” altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More