İran və İsrail arasında artan gərginlik şəraitində İordaniya öz hava məkanından istifadəyə icazə verməyəcəyi barədə qəti mövqeyini bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran mediasına istinadla xəbər yayıb.
Bildirilir ki, ölkənin rəsmi şəxsləri İordaniyanın İran ərazisinə zərbələr endirmək məqsədilə İsrail təyyarələri üçün öz səmasını açdığı barədə son məlumatları təkzib ediblər və bu xəbərin həqiqətə uyğun olmadığını vurğulayıblar.