Parklanmanın bitməsinə kim qərar verir – sürücü, yoxsa tətbiq?

Bakıda sürücü “Azparking” tətbiqindən şikayət edir.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaş bildirib ki, avtomobilini parklanma yerindən götürəndə müddəti sonlandırmaq üçün SMS göndərməsinə baxmayaraq, müddət növbəti saata keçirilib və hesabından pul çıxılması bir müddət davam edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu kimi hallar baş verdiyi zaman vətəndaşlar çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar.

“Parklanma ilə bağlı yaranan suallarla bağlı vətəndaşlar “141” çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar. Araşdırma bitdikdən sonra nəticə barədə vətəndaşa məlumat veriləcək”.

Aytac Qasımova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More