“Real” zədəli futbolçusu ilə müqavilə müddətini uzatdı

İspaniyanın “Real” (Madrid) kollektivi müdafiəçisi Dani Karvaxal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Karvaxal İspaniya çempionatının IX turunda “Vilyarreal”a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.

32 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir. O, bu müddət ərzində 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Altı dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının və Superkubokunun qalibi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More