Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib

Abşeronda həyat yoldaşı ilə qızını qətlə yetirməkdə təqsirləndirilən Qobu qəsəbə sakini Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənə hökm oxunaraq ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəhşətli hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Qobu qəsəbə sakini Fərid Hüseynli ailə münaqişəsi zəminində həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə və onun 8 aylıq körpəsinə ağır xəsarətlər yetirərək onları qətlə yetirməkdə təqsirləndirilib. Ona qarşı cinayət məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.

Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 3-cü kurs tələbəsi olub.

Elgün Həsənli



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More