Türkiyə Superliqasında VIII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.
“Qalatasaray” “Alanyaspor”u qəbul edib. Yunus Akgünün ilk hissədə vurduğu qol həlledici olub – 1:0.
“Beşiktaş” isə səfərdə “Qaziantep”lə qarşılaşıb. “Qara qartallar” 90+5-ci dəqiqədə üç xalı əldən verib.
Türkiyə Superliqası
VIII tur
6 oktyabr
“Qalatasaray” – “Alanyaspor” 1:0
“Qaziantep” – “Beşiktaş” 1:1
“Konyaspor” – “Eyüpspor” 2:1
“Adana Demirspor” – “Samsunspor” 1:3