“Fiorentina” və “Milan”ın qarşılaşdığı İtaliya çempionatının A seriyasının 7-ci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Florensiyanın (İtaliya) “Artemio Franki” stadionunda baş tutub. Görüşün baş hakimi qismində Luka Payretto çıxış edib. Görüşdə “Fiorentina” 2:1 hesabı ilə qalib gəlib.
35-ci dəqiqədə “Fiorentina”nın futbolçusu Yasin Adli qola imza atıb. 60-cı dəqiqədə Teo Ernandesin ötürməsindən sonra matçda hesabı “Milan”ın hücumçusu Kristian Pulişiç bərabərləşdirib. 73-cü dəqiqədə “Fiorentina”nın hücumçusu Albert Qudmundsson komandasını hesabda yenidən irəli çıxarıb.
Qeyd edək ki, qarşılaşmada üç penalti təyin edilib və heç biri qapıdan keçməyib.
Bu oyundan sonra “Milan” 11 xal toplayıb və A Seriyasının turnir cədvəlində 10 xalla 6-cı pillədə qərarlaşıb.