Azərbaycan və Rusiya ikitərəfli gündəmi və regional prosesləri müzakirə ediblər

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan ilə Rusiya arasında ikitərəfli müttəfiqlik münasibətləri məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.

“Report”un Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbərinə görə, oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində işgüzar görüşü baş tutub.

Məlumata görə, tərəflər “3+3”, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın ŞƏT və BRICS ilə qarşılıqlı fəaliyyəti və s. məsələlərə xüsusi diqqət yetiriblər.

Prezidentin köməkçisi A.Rudenkoya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistan qanunvericiliyində dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.

Görüşdə, həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More