Beynəlxalq Velosipedçilər İttifaqı Azərbaycanda keçirilən yarışı tanımadı – SƏBƏB

Yerli mediada yayılan xəbərlərə görə, iyun ayında Tovuzda keçirilmiş şose velosipedi üzrə Azərbaycan çempionatının nəticələri araşdırılıb. Keçirilən yarışın Azərbaycan Velosiped Federasiyası tərəfindən saxtalaşdırıldığı aşkarlandığı üçün həmin turnir Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən tanınmayıb.

Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Velosiped Federasiyasına sorğu ünvanlayıb.

Ancaq qurumun baş katibi Elnarə Musayeva bununla bağlı açıqlama verilməyəcəyini bildirib.

Qeyd edək ki, keçirilən yarışın baş hakimi federasiyanın baş katibi Elnarə Musayeva olub.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More