İtaliya millisində XXI əsrdə ən çox qol vuran futbolçular bəlli olub

İtaliya millisində XXI əsrdə ən çox qol vuran futbolçular siyahısına Alessandro Del Pyero başçılıq edir.

Oxu.Az xəbər verir ki, 2015-ci ildə karyerasını başa vuran Del Pyero milli komanda ilə çıxdığı 91 oyunda 27 qolla yadda qalıb.

Onun ən yaxın izləyicisi isə 57 oyunda 25 qolla fərqlənən Filippo İnzaqi olub. Çıxdığı 49 matçda 23 dəfə fərqlənməyi bacaran Kristian Vyeri üçüncü pillədə qərarlaşıb.

Daniele De Rossi 21 qolla 5-ci olub. O bu göstəriciyə 117 matçda imza atıb.

İlk beşliyi Alberto Cilardino tamamlayıb. Onun aktivində 19 qol var.

Hazırda “Beşiktaş” klubunun şərəfini qoruyan Ciro İmmobile 17 qolla 6-cıdır.

Luka Toni 16 qolla 7-ci, Mario Balatelli 14 qolla 8-ci pillələri bölüşürlər.

9-cu sıradakı Andrea Pirlonun aktivində cəmi 13 qolu var. Hazırda baş məşqçilik karyerasını davam etdirən Pirlo bu göstəriciyə 116 oyunda imza atıb.

Onuncu pillədəki Andrea Belotti isə cəmi 12 dəfə fərqlənməyi bacarıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More