“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna, yəqin ki, toxunulub”.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Rusiya liderinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərində Zəngəzur dəhlizi mövzusunun müzakirə olunub-olunmadığına dair sualı cavablayıb.
“Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışıb. Üstəlik, prezident yarım saat oturub, ona görə də, mütləq ki, fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – deyə Peskov bildirib.