Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alıb
Oxu.Az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşidli narkotik vasitə və 13 110 ədəd narkotik tərkibli metadon “M-40” həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb: Üç nəfər saxlanılıb