ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris etiraf edib ki, o, “Formula-1″ə baxır və sevimli sürücüsü var.
Oxu.Az xəbər verir ki, 2021-ci ildən Co Baydenin köməkçisi vəzifəsində çalışan Kamala Harris “Mersedes” komandasının pilotu Lyuis Hemiltonun fanatı olduğunu bildirib.
Qeyd edək ki, Kamala Harrisin budəfəki prezident seçkisində namizədliyi partiyası tərəfindən irəli sürülüb.