Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də gizir Cavid Sahratovdur.
Baku TV-yə şəhidin döyüş yolundan danışan atası Əlikömək Sahratov qeyd edib ki, oğlu sağlığında düşməndən qisasını ala bilib:
“Cavid Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsində isə 15 gün döyüşdü. “Ohanyan səddi”ni darmadağın etdi”.
Oğlunun tabutunu son mənzilə çiynində daşıyan ana Səkinə Sahratova isə həmin anı xatırlayıb:
“Dedim ki, mən Cavidi 5 yaşında bulaqdan başımın üstündə gətirmişəm, tabutunu da başımda aparacağam”.
Daha ətraflı videosüjetdə:
Ailəsi şəhid oğlunun qəhrəmanlığından danışdı: “Ohanyan səddi”ni darmadağın etmişdi”