Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək

Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Oxu.Az xəbər verir ki, “Qələbə qaçışı” 2021-ci ildən bu yana ənənəvi olaraq hər il keçirilir.

“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Qeyd edək ki, qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər 1 noyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More