Bakının hansı küçələrində sıxlıq var? – 09.10.2024

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More